Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - Foto

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.
Liderxeber.az xəbər verir ki, 1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.
Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V. Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.
Qeyd edək ki Vüqar Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.

Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı