İsraildə yenidən güclü meşə yanğını başlayıb

İsraildə Yerusəlim yaxınlığında güclü meşə yanğınları başlayıb.
Liderxeber.az İsrail mediasına istinadən xəbər verir ki, ölkə polisi Neve Shalom, Nahshon, Bekoa və Latrun yaşayış məntəqələrindən sakinlərin dərhal təxliyəsini elan edib.
Bununla yanaşı, sözügedən ərazilərin yaxınlığında olan bütün açıq məkanları tərk etmək barədə xəbərdarlıq edilib.
Yanğınların söndürülməsinə 11 xüsusi təyyarə və 2 helikopter cəlb edilib. Güclü külək alovun daha geniş əraziyə yayılmasına səbəb olur.
Qeyd edək ki, bir həftə əvvəl eyni ərazidə, Yerusəlim dağları yaxınlığında güclü yanğınlar qeydə alınmışdı. Bu zaman da onlarla sakin təxliyə edilmişdi. Yanğın təqribən min hektar meşə ərazisini məhv edib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2

27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO