Pressa.az » Dünya » Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilir

Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilir

08 may 2025, Cümə axşamı, 11:43
Kremldə Vladimir Putinin Si Cinpinlə görüşü keçirilir

Rusiya Prezidenti Vladimir Putinlə ölkəsində səfərdə olan Çin Xalq Respublikasının Sədri Si Cinpinin Böyük Kreml Sarayının Georgi zalında görüşü keçirilir.

Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Kreml bəyan edib ki, Putin və Si Cinpin Ukrayna münaqişəsi və Rusiya-ABŞ münasibətləri də daxil olmaqla ən mühüm məsələləri müzakirə edəcəklər.

Danışıqlardan sonra ölkə liderləri birgə bəyanat imzalayacaqlar. Bir sıra hökumətlərarası və idarələrarası sənədlərin təsdiqi də gözlənilir.

Qeyd edək ki, Si Cinpinin Rusiyaya səfəri Faşizm üzərində Qələbənin 80-ci ildönümünə təsadüf edir. Mayın 9-da Çin lideri Qələbə paradının əsas qonağı olacaq.