Pressa.az » Dünya » Türkiyədə küçədə azərbaycanlı qadını öldürən şəxsə - Ömürlük həbs!

Türkiyədə küçədə azərbaycanlı qadını öldürən şəxsə - Ömürlük həbs!

17 may 2025, Şənbə, 11:04
Türkiyədə küçədə azərbaycanlı qadını öldürən şəxsə - Ömürlük həbs!

Türkiyənin Sakarya vilayətində azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Liderxeber.az “Milliyet”ə istinadən xəbər verir ki, Sakarya məhkəməsi A.A adlı həmin şəxs barəsində ömürlük həbs qərarı verib. 

Hadisə ötən ilin noyabrında vilayətin Adapazarı bölgəsində qeydə alınıb. A.A adlı şəxs sevgi münasibəti yaşadığı 32 yaşlı Şəlalə Mirzəlini küçədə odlu silahdan atəş açaraq qətlə yetirib. 

Bir uşaq anası olan azərbaycanlı qadının Adapazarında marketdə işlədiyi də qeyd olunub. 

Hadisəni törədən şəxs məhkəmədə əməlindən peşman olduğunu bildirib.