Ərdoğandan yeni Konstitusiya mesajı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.
Liderxeber.az “Haberler.coma”a istinadən xəbər verir ki, o bu barədə 19 May - Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə keçirilən tədbirdə danışıb.
“Yeni Konstitusiyanın hazırlanması istiqamətində işlərini davam etdirilir. Bunu təxirə salmaq mümkün deyil. 20 il əvvəl hazırlanmış Konstitusiya ilə daha davam edə bilmərik”, - deyə Türkiyə lideri bildirib.
Qeyd edək ki, Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevrilişdən sonra 1982-ci ildə yeni Konstitusiya qəbul edilib və o, ciddi dəyişikliklərə məruz qalsa da, hələ də qüvvədədir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
