Avstraliyanın şərqində daşqınlar tüğyan edir: Ölənlər var

Avstraliyanın şərqində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
Liderxeber.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uelsin Fövqəladə Hallar üzrə Dövlət Xidməti (SES) məlumat verib.
Qeyd olunur ki, daşqından zərərçəkmişlərə kömək etmək və onun nəticələrini aradan qaldırmaq üçün 2200 təcili yardım işçisi, 500-dən çox kater və qayıq, 9 helikopter səfərbər edilib.
Avstraliyanın şərqində yağan güclü yağışlar nəticəsində ikinci həftədir ki, 150-dən çox yaşayış məntəqəsi su altında qalıb və sakinlər evlərini tərk etməyə məcbur olublar. Mayın 23-də səhərə qədər 50 mindən çox insan çayların daşması və daşqınlar səbəbindən təcrid olunmuş vəziyyətdə qalıb, 7 min evdə hələ elektrik enerjisi yoxdur.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

31 oktyabr 2024, Cümə axşamı
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5

02 oktyabr 2024, Çərşənbə
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN