Rusiyada balıq ovuna gedən yaşlı kişini elektrik cərəyanı vurdu

Rusiyanın Buryatiya Respublikasında balıq ovuna çıxan 66 yaşlı kişini 10 min volt gücündə elektrik cərəyanı vurub.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, hadisə Selenqa rayonunda, Temnik çayının sahilində baş verib. Kişi balıq tutmaq və eyni zamanda 66 yaşını qeyd etmək üçün dostu ilə çay sahilinə gedib.
Lakin o, yeddi metrlik ov çubuğunu möhkəm yellədib və tilov çayın üzərindən keçən elektrik xəttinə dəyib.
Balıqçı cərəyan vurması nəticəsində huşunu itirib. O, bədəninin 70 faizini əhatə edən yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar, vəziyyəti son dərəcə ağırdır.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

29 fevral 2024, Cümə axşamı
Martda havanın temperaturunun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir - AYLIQ PROQNOZ