ABŞ Çindən olan tələbələr üçün vizaları ləğv edəcək

ABŞ-də Çindən olan tələbələr üçün vizaların ləğv edilməsinə başlanılacaq.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində məlumat verib.
"ABŞ çinli tələbələr, o cümlədən Çin Kommunist Partiyası ilə əlaqəli olanlar və ya əsas ixtisaslar üzrə təhsil alanlar üçün vizaları ləğv etməyə başlayacaq", - deyə o bildirib.
Rubio əlavə edib ki, ABŞ Honq-Konq da daxil olmaqla, Çindən olan ərizəçilər üçün viza tələblərini dəyişəcək. Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamalar aparmağa kömək edəcək.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

04 noyabr 2024, Bazar ertəsi
XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər