Pressa.az » Dünya » İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı ölüb - YENİLƏNİB

İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı ölüb - YENİLƏNİB

13 iyun 2025, Cümə, 08:07
İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı ölüb - YENİLƏNİB

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

Bu barədə Liderxeber.az İran mediasına istinadən xəbər verir.

“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.

Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

Eyni zamanda hava zərbələri nəticəsində İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançi də ölüb.

05:45

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

Liderxeber.az xəbər verir ki, “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilərdi.

Öz növbəsində “SNN” nəşri hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin də həlak olduğunu yazıb. “Tasnim” agentliyi Hüseyn Salaminin öldüyünü təsdiqləsə də, İran hökuməti hələlik açıqlama verməyib.