İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya

“İran Cənubi Qafqaz regionunda baş verən hadisələri diqqətlə izləyir”.
Liderxeber.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı məlumatda deyilir.
Bildirilib ki, İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını sabitliyə doğru vacib addım olaraq alqışlayır:
“İran əmindir ki, nəqliyyat dəhlizlərinin yaradılması və kommunikasiya şəbəkələrinin açılması yalnız qarşılıqlı maraqlar, region ölkələrinin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında və xarici müdaxilə olmadan baş verərsə, region xalqlarının sabitliyinə, təhlükəsizliyinə və iqtisadi inkişafına töhfə verəcək. İran Azərbaycan və Ermənistanla qarşılıqlı maraqlar əsasında konstruktiv əməkdaşlığı davam etdirməyə hazırdır”.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub

06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”