ABŞ-də zavodda partlayış və güclü yanğın baş verib

ABŞ-nin Luiziana ştatında yerləşən "Smitty's Supply" yağ və sürtkü materiallarının istehsalı zavodunda partlayış baş verib.
Liderxeber.az bu barədə NBC telekanalına istinadla xəbər verir.
Partlayışdan sonra yanğın olub. Zavodda təxliyə başlanılıb, ardınca müəssisənin bilavasitə yaxınlığında və bir mil (təxminən 1.6 km) radius zonasında yaşayan insanların məcburi təxliyəsi elan edilib.
Xəsarət alanlar və onların sayı barədə məlumat verilmir.
Hazırda partlayışın səbəbləri məlum deyil, yanğın söndürülməyib.
Oxşar Xəbərlər:
06 mar 2025, 10:05
09 apr 2025, 18:13
22 yan 2025, 14:15