Pressa.az » Dünya » Makron onların qəbuluna yarım milyon avro xərcləyibmiş - Fotolar

Makron onların qəbuluna yarım milyon avro xərcləyibmiş - Fotolar

10 sentyabr 2025, Çərşənbə, 08:57
Makron onların qəbuluna yarım milyon avro xərcləyibmiş - Fotolar

İqtisadi böhran və qənaət tədbirlərinin Fransa siyasətində ön planda olduğu bir vaxtda Prezident Emmanuel Makronun Yelisey sarayında bədxərclik etməsi mübahisələrə səbəb olub.

Liderxeber.az xəbər verir ki, Fransa Hesablama Məhkəməsinin (Cour des Comptes) hesabatına görə, sarayın 2024-cü ildə ümumi xərcləri 123,3 milyon avro olub.

Ötən il 125 milyon avro olan bu rəqəm qismən azalsa da, büdcə 8,3 milyon avro kəsirdə qalıb.

Xərclərin 2017-ci illə müqayisədə 23 milyon avrodan çox artdığı vurğulanıb.

İctimai qınaq doğuran nümunələr arasında 2023-cü ildə Kral Çarlz və Kraliça Kamilla üçün təşkil edilən təmtəraqlı qəbul olub. Bildirilib ki, yarım milyon avroya başa gələn qəbulda təkcə şəraba 40 min avro xərclənib.