Bu ölkədə intihar qadağan edildi
Şimali Koreya lideri Kim Çen In ölkəsində intiharı qadağan edən əmr verib.
LiderXəbər xəbər verir ki, Koreya lideri intiharı sosializmə xəyanət kimi qiymətləndirib.
Kim Çen In yerli hökumətlərə həmin məsələ ilə bağlı qabaqlayıcı tədbirlər görməyi əmr edib.
“The Mirror” nəşri bildirib ki, Şimali Koreya vətəndaşlarının həyatlarına qəsd etmələrində artım var, intiharların keçən illə müqayisədə 40 faiz artdığı aşkar olunub.
Nəşr qeyd edib ki, Şimali Koreyada aclıqdan ölənlərin sayı ötən illə müqayisədə üç dəfə yüksəlib.
“İntiharların çoxu ağır yoxsulluq və aclıq üzündən baş verib, ona görə də hazırda heç kim buna qarşı tədbir görə bilmir”, - deyə nəşr vurğulayıb.
Oxşar Xəbərlər:
02 may 2023, Çərşənbə axşamı
Deputat: Ölkəmizdə bəzi özəl tikinti şirkətləri fırıldaqçılıqla məşğul olurlar