Tramp: “Korrupsioner Baydeni Ağ Evdən qovacağam”
ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və Ağ Evin indiki korrupsiyalaşmış rəhbəri Cozef Baydeni iqamətgahından qovacağını bildirib.
LiderXəbər xəbər verir ki, bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib.
“5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Joe Biden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim olmaram, heç vaxt məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - deyə o qeyd edib.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər