Pressa.az » Dünya » Kreml Əliyevlə Putinin telefon danışığını vacib adlandırdı

Kreml Əliyevlə Putinin telefon danışığını vacib adlandırdı

07 oktyabr 2025, Çərşənbə axşamı, 15:16
Kreml Əliyevlə Putinin telefon danışığını vacib adlandırdı

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığını vacib adlandırıb. 

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, D.Peskov bu barədə brifinqdə danışıb. 

“Prezident İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib. Söhbət zamanı digər məsələlər də müzakirə edilib. Bu, çox vacibdir”, - Peskov bildirib. 

Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Rusiya lideri Vladimir Putinə zəng edib. Dövlət başçısı rusiyalı həmkarını doğum günü münasibətilə təbrik edib.