Pressa.az » Dünya » Avropa Komissiyası etil spirtini qadağan edə bilər

Avropa Komissiyası etil spirtini qadağan edə bilər

21 oktyabr 2025, Çərşənbə axşamı, 17:06
Avropa Komissiyası etil spirtini qadağan edə bilər

Avropa Kimya Agentliyi (ECHA) etanolun kanserogen kimi təsnif edilməsini nəzərdən keçirir.

Liderxeber.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə, bu təsnifatlandırma etil spirtinin səhiyyə müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb ola bilər.

Oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə dərc edib. Orada etil spirti xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə adlandırılıb.

ECHA etanolun insanlar üçün təhlükəli maddə kimi mümkün təsnifatı ilə bağlı qərar vermək üçün noyabrın 24-dən 27-dək iclas keçirəcək. Daha sonra tövsiyə Avropa Komissiyasına göndəriləcək və orada yekun qərar veriləcək.

Xəbərdə bildirilir ki, alkoqol əsaslı dezinfeksiyaedici maddələr hazırda Avropa İttifaqında təhlükəsiz kimi tanınır və 1990-cı illərdən Ümumdünya Səhiyyə Təşkilatının əsas tibbi vasitələr siyahısına daxil edilib.