Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər
Yaponiyanın ən böyük içki istehsalçılarından olan "Suntory" qarın yağını azaltmağa kömək edən su buraxıb.
Liderxeber.az"Oddity Central" nəşrinə istinadən xəbər verir ki, "Xüsusi Su" adı altında satışa çıxarılan məhsulun ilk baxışdan adi mineral sudan heç bir fərqi yoxdur - şəffaf, dadsız, kalorisiz, şəkərsiz və ya kofeinsizdir.
Bununla belə, məhsul ölkədə rəsmi olaraq "funksional qida" kimi qeydiyyata alınıb.
"Xüsusi Su"nun əsas xüsusiyyəti tərkibində fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekulyar çəkili metaboliti olan HMPA-nın olmasıdır. Araşdırmalara görə, HMPA kök insanlarda qarın yağının paylanmasını yaxşılaşdırır.
"Xüsusi Su" ilk növbədə ofis işçiləri və oturaq həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulub. Yeni içki həyat tərzini kəskin şəkildə dəyişmədən öz sağlamlığını qorumaq istəyənlər üçün faydalıdır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
17 may 2024, Cümə
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar
15 oktyabr 2024, Çərşənbə axşamı
Acı həqiqət: Əsl zeytun yağını saxtasından necə ayırmaq olar? - Mütəxəssis izah edir
