Pressa.az » Dünya » Türkiyədə silahlı şəxs telekanal binasına hücum etdi

Türkiyədə silahlı şəxs telekanal binasına hücum etdi

10 noyabr 2025, Bazar ertəsi, 13:42
Türkiyədə silahlı şəxs telekanal binasına hücum etdi

Türkiyə Super Liqasının yayım hüquqlarına sahib olan “BeIN Sports” telekanalının İstanbulun Ayazağa bölgəsində yerləşən binasına silahlı hücum baş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, silahlı şəxs binaya daxil olub, dərhal polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisənin motivi hələlik məlum deyil.