İsrail rəsmisi: "Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır"
İsrail ordusu İranla 12 gündən çox davam edə biləcək mümkün müharibə ssenarisinə hazırlaşır.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu İsrailin təhlükəsizlik sahəsində adı açıqlanmayan yüksəkrütbəli rəsmisi bildirib.
Onun sözlərinə görə, əgər İslam Respublikası ilə yeni münaqişə baş versə, İsrail əvvəlkindən daha aqressiv hərbi əməliyyatlar həyata keçirəcək:
"12 günlük müharibədə İsrail bütün hərbi imkanlarından istifadə etməyib, lakin gələcək qarşıdurmada İrana daha sərt cavab veriləcək".
İsrail rəsmisi bildirib ki, Tramp administrasiyasının İran rejimini devirmək planlarının tam reallaşdırılması çox vacibdir.
O, "The New York Times" qəzetinin məlumatına münasibət bildirərək qeyd edib ki, Təl-Əvivin hesablamalarına görə, Tehran öz hava müdafiə imkanlarını yenidən qurmaq istiqamətində ciddi addımlar atır.
