Pressa.az » Dünya » Tramp Ronaldu ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək"

Tramp Ronaldu ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək"

19 noyabr 2025, Çərşənbə, 09:49
Tramp Ronaldu ilə görüşdə: "Oğlum bundan sonra mənə daha çox hörmət edəcək"

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud ilə şam edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Futbol dünyasından FIFA prezidenti Canni İnfantino da şam yeməyinə dəvət olunub. Amerikalı milyarder İlon Mask da qonaqlar arasında olub.

Tramp zarafatla bildirib ki, kiçik oğlu Barronu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu ilə tanış etməklə ondan daha çox hörmət qazanıb.

"Bilirsiniz, oğlum Ronaldunun böyük fanatıdır", - Tramp şam yeməyində deyib.

"Barron onunla görüşdü. Düşünürəm ki, sizi görüşdürdük sonra o, atasına bir az daha çox hörmət edir", - Tramp Ronalduya deyib və bu, tədbirdə iştirak edənlərin gülüşünə səbəb olub.