ABŞ-də qızıl unitaz 12 milyon dollara satıldı
ABŞ-də tanınmış italiyalı rəssam Mauritsio Kattelanın dizayn etdiyi 100 kiloqramlıq, 18 karat qızıldan hazırlanmış "Amerika" adlı unitaz hərracda 12 milyon 110 min dollara satılıb.
Liderxeber.az xəbər verir ki, qeyri-adi unitaz məşhur "Sotheby's" hərrac evində alıcı tapıb.
Məlumata görə, satışla bağlı məlumat hərrac evinin saytında yerləşdirilib.
Qeyd olunur ki, Kattelanın hazırladığı unitaz tam işlək vəziyyətdədir.
Belə unitazlardan dünyada yalnız iki ədəd mövcuddur. Onlardan biri 2019-cu ilin sentyabrında Böyük Britaniyadakı Blenheym sarayından oğurlanıb. Unitaz sarayda keçirilən incəsənət sərgisi çərçivəsində nümayiş etdirilib və istifadəyə yararlı olub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
