Pressa.az » Dünya » KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi

KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi

20 noyabr 2025, Cümə axşamı, 09:07
KİV: Tramp Ukrayna münaqişəsi ilə bağlı 28 bəndlik yeni planı təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.

Liderxeber.az xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, plan ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff, dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və Trampın kürəkəni Cared Kuşner tərəfindən hazırlanıb.

Qeyd olunub ki, Amerika tərəfi Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Ukrayna rəsmiləri ilə məsləhətləşib.

"Plan davamlı sülhü təmin etmək üçün hər iki tərəfə təhlükəsizlik təminatları verməyə yönəlib. Bu, Ukraynanın uzunmüddətli sülhə nail olmaq üçün istədiyi və ehtiyacı olan şeyi əhatə edir", - deyə NBC-nin mənbəsi qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Qərb mediası ABŞ və Rusiyanın Ukraynadakı münaqişənin həlli üçün 28 bənddən ibarət yeni plan hazırladığını yazmışdı.

Bildirilib ki, məsləhətləşmələr əsasən 4 istiqamət üzrə olacaq. Bunlar Ukrayna münaqişəsində sülhün əldə olunması, regionda, eləcə də Avropada təhlükəsizlik zəmanətləri və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləridir.