"Formula-1" Qran-prisi ərəfəsində Las-Veqasda qasırğa xəbərdarlığı
ABŞ Milli Meteorologiya Xidməti "Formula-1" Qran-prisi ərəfəsində Las-Veqasda qasırğa və daşqın təhlükəsinə dair xəbərdarlıq edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Racing News 365" məlumat yayıb.
Məlumata görə, yaxın günlərdə güclü yağış və şimşək proqnozlaşdırılır.
Yarışöncəsi əlverişsiz hava şəraitinə baxmayaraq, həftəsonu Qran-pri üçün münasib hava gözlənilir. Cümə axşamı ilk sərbəst məşq sessiyasının vaxtında yağış ehtimalı 30% təşkil edir. Təsnifat mərhələsi və əsas yarış gününün isə yağıntısız keçəcəyi bildirilir.
Oxşar Xəbərlər:
13 sen 2024, 12:04
01 mar 2025, 09:36
13 sen 2024, 11:11
23 iyl 2025, 12:15
