"Disney World"də bir ay ərzində beşinci adam müəmmalı şəkildə ölüb
ABŞ-nin Florida ştatındakı "Disney World"də bir ay ərzində beşinci adam ölüb.
Liderxeber.az xəbər verir ki, bu barədə məlumatı "New York Post" yayıb.
Oranc dairəsinin məhkəmə-tibbi ekspertiza ofisinin məlumatına görə, kişi sadəcə yerə yıxılıb, bir neçə dəqiqə sonra onun ölüm faktı qeydə alınıb.
"Hadisə "Disney's Saratoga Springs" kurortunda baş versə də, biz yurisdiksiyadan imtina etdik", - deyə ofisdən bildiriblər. Onlar əlavə ediblər ki, ölümün səbəbini açıqlaya bilməzlər, çünki meyit mərhumun "şəxsi həkiminə" təhvil verilib.
Xatırladaq ki, "Disney World"də müəmmalı ölümlər oktyabrın 14-dən başlayıb. Əvvəlcə 31 yaşlı qadın, bir neçə gün sonra 60 yaşlı kişi, daha sonra isə 28 yaşlı gənc və 40 yaşlı qadın ölü tapılıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
12 may 2025, Bazar ertəsi
Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis: "Ən yüksək pilləyə qədər getmək istəyirəm"
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
17 oktyabr 2023, Çərşənbə axşamı
Prezident Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb
