Trampın sülh planına görə Ukrayna NATO-ya üzvlüklə bağlı bəndi konstitusiyasından çıxarmalıdır
Ukrayna öz konstitusiyasından NATO-ya üzvlüklə bağlı bəndi çıxarmalıdır. Bloka daxil olan ölkələr isə rəsmi Kiyevin heç vaxt alyansa qoşulmayacağını təsdiqləməlidir.
Liderxeber.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" mənbələrinə istinadən məlumat yayıb.
Saytın iddiasına görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə planının təfərrüatları belədir.
Bildirilir ki, NATO üzvlərindən rəsmi Kiyevin gələcəkdə heç vaxt hərbi blokun üzvü olmayacağını hüquqi cəhətdən tanımaq tələb olunur.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı yeni planı təsdiqləyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?
