Nigeriyada 85 yaşlı qadın "Coca-Cola" tabutunda dəfn edildi
Nigeriyanın Bayelsa əyalətindəki Emeyal icmasından olan 85 yaşlı qadın böyük "Coca-Cola" şüşəsi formasındakı tabutda dəfn edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Nigeriyanın "Punch" nəşri məlumat yayıb.
Mərhumun ailə üzvlərinin sözlərinə görə, o bu içkinin böyük pərəstişkarı olub.
Dəfn mərasiminin fotoqrafı Oqbara Valson Henri qeyd edib ki, tabutun qeyri-adi dizaynı həm yerli sakinlərin, həm də turistlərin diqqətini cəlb edib. Çoxları bunu mərhum üçün yaradıcı və yaddaqalan xatirə abidəsi adlandırıb.


