Pressa.az » Dünya » İndoneziya prezidenti düyü idxalını qadağan etdi

İndoneziya prezidenti düyü idxalını qadağan etdi

25 noyabr 2025, Çərşənbə axşamı, 09:27
İndoneziya prezidenti düyü idxalını qadağan etdi

İndoneziya prezidenti ölkəyə düyü idxalının qadağan edildiyini bəyan edib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.

"Prezident Prabovo Subianto düyü idxalının qadağan olunduğunu açıqlayıb", - deyə İndoneziyanın kənd təsərrüfatı naziri Andi Amran Suleyman bildirib.

Nazirin sözlərinə görə, ölkədə düyü ehtiyatı kifayət qədərdir və 2025-ci ildə istehsalın 34.8 milyon ton həcmində olacağı proqnozlaşdırılır. Bu səbəbdən İndoneziya artıq düyü idxalına ehtiyac duymur. O həmçinin vurğulayıb ki, hökumət xüsusilə qeyri-qanuni yollarla məhsul idxalına cəhdlərin qarşısını tam şəkildə alacaq.

Nazir qeyd edib ki, idxal qadağası artıq dünya düyü bazarına təsir göstərib. Belə ki, Vyetnam və Tailand düyüsünün qiymətində ucuzlaşma müşahidə olunub.