Alimlər əksər it cinslərində canavar DNT-si aşkar ediblər
Müasir itlərin əksəriyyətində zəif, lakin aşkar edilən canavar DNT-ləri müəyyən olunub.
Liderxeber.az xəbər verir ki, ABŞ Təbiət Tarixi Muzeyinin tədqiqatçıları belə nəticəyə gəliblər.
Məlumata görə, iki fərqli heyvanın oxşar genləri onların bədən ölçüsünə, qoxu hissi və davranış xüsusiyyətlərinə təsir göstərir.
Müəlliflər canavarların, cins və digər itlərin 2 700-dən çox genomunu təhlil ediblər. Məlum olub ki, cins itlərin təxminən üçdə ikisinin genlərində canavar DNT-sinin izləri var.
Ən yüksək canavar gen tərkibi "Wolfdogs" və "Wolfhounds" cins itlərində müşahidə edilib (23-40 faiz).
Təhlil, həmçinin itlərdə canavar genlərinin nisbəti ilə davranış xüsusiyyətləri arasında əlaqəni də ortaya çıxarıb. Minimum canavar DNT-si olan cins itlər daha çox mehriban, itaətkar və asanlıqla öyrədilir. Daha yüksək canavar geninə malik itlər isə çox vaxt müstəqil, ehtiyatlı və yad insanlara daha az güvənən olurlar.
