Pressa.az » Dünya » KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar

KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar

26 noyabr 2025, Çərşənbə, 10:53
KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar

Avropa ölkələri Ukraynaya maliyyə yardımı ayırmaq üçün yeni plan hazırlayır.

Liderxeber.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqının (Aİ) liderləri Kiyevi maliyyələşdirmək üçün istifadə edilən dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması ilə bağlı razılığa gələ bilməyəcəkləri təqdirdə, 2026-cı ilin əvvəlində yeni planı həyata keçirməyi düşünürlər.

Qeyd olunur ki, Aİ liderləri oktyabr sammitində Ukraynaya 140 milyard avroluq "təzminat krediti" vermək üçün Moskvanın dondurulmuş aktivlərindən istifadə təklifi ilə razılaşacaqlarına ümid edirdilər. Lakin bu ideyaya fondların yerləşdiyi Belçikanın baş naziri Bart de Veverin ciddi müqavimət göstərib. O, Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı ciddi risklərdən narahatdır.

Bunu nəzərə alaraq, Brüsseldəki ekspertlər dekabrın 18-də Aİ liderlərinin sammitində "təzminat krediti" təklifinin hazır olmadığı halda Ukraynaya kömək etmək üçün təcili olaraq yeni təşəbbüslər hazırlayır. Aİ rəsmiləri bildiriblər ki, bu vəsait Ukraynanın 2026-cı ilin ilk aylarında "ayaqda qalmasına" kömək edəcək.

Nəşr qeyd edir ki, belə bir planın hazırlanması yaxın günlərdə başa çata bilər. Bununla belə, uzunmüddətli perspektivdə Aİ "təzminat krediti"nə alternativin olmadığına inanır.