Pressa.az » Dünya » Türk əsgərləri Ukraynaya göndəriləcək?

Türk əsgərləri Ukraynaya göndəriləcək?

27 noyabr 2025, Cümə axşamı, 15:13
Türk əsgərləri Ukraynaya göndəriləcək?

Türkiyə Milli Müdafiə Nazirliyi türk əsgərlərinin Ukraynaya göndəriləcəyinə dair iddialarla bağlı açıqlama verib.

Liderxeber.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə nazirlik nümayəndəsi mətbuat mənsublarının cari hadisələrlə bağlı suallarını cavablandırkən açıqlamanı diqqətə çatdırıb.

"Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin bərqərar olması lazımdır. Daha sonra vəzifə təyinatı dəqiqləşdirilmiş bir missiyanın çərçivəsinin müəyyən edilməsi və hansı ölkənin hansı miqyasda töhfə verəcəyi təyin edilməlidir.

Türkiyə Silahlı Qüvvələri bölgəmizdə təhlükəsizliyi və istiqrarı təmin edəcək hər bir təşəbbüsə töhfə verməyə hazırdır", - deyə nazirlikdən bildirilib.