Pressa.az » Dünya » Çində havadan içməli su əldə etməyin texnologiyası hazırlandı

Çində havadan içməli su əldə etməyin texnologiyası hazırlandı

02 dekabr 2025, Çərşənbə axşamı, 11:18
Çində havadan içməli su əldə etməyin texnologiyası hazırlandı

Çinli alimlər atmosferdən birbaşa içməli su əldə etməyə imkan verən yeni texnologiya hazırlayıblar.

Liderxeber.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, suyun yığılması üçün kondensasiya və absorbsiya üsullarından, həmçinin istilik nasosundan istifadə edilir. Bu metod müxtəlif iqlim şəraitlərinə, o cümlədən yüksək temperatur və aşağı rütubətə uyğunlaşdırılıb.

Bildirilir ki, heç bir infrastruktura ehtiyac olmadan fəaliyyət göstərən və günəş enerjisi ilə işləyən avtonom stansiya yaradılıb. Ölçüsünə görə kiçik avtobus dayanacağı ilə müqayisə olunan bu cihaz 15-40 dərəcə temperaturda və 35-99 faiz hava rütubətində işləyir, gündə 50 litrə qədər içməli su istehsal edə bilir.

Bu ixtiranın dünyanın bəzi bölgələrində su qıtlığını aradan qaldıra biləcəyi gözlənilir. Texnologiya xüsusilə qeyri-sabit su təchizatı olan ərazilər üçün uyğundur.

Çində havadan içməli su əldə etməyin texnologiyası hazırlandı