Pressa.az » Dünya » Turistlər üçün ən təmiz şəhərlər - Siyahı

Turistlər üçün ən təmiz şəhərlər - Siyahı

03 dekabr 2025, Çərşənbə, 11:27
Turistlər üçün ən təmiz şəhərlər - Siyahı

Krakov dünyanın ən təmiz şəhəri seçilib ki, bu da onu səyahət üçün ən rahat meqapolis edir.

Liderxeber.az xəbər verir ki, bu barədə məlumat "Radical Storage" şirkətinin araşdırmasında yer alıb.

Bildirilir ki, turistlərin Polşanın bu şəhərindəki təmizliklə bağlı rəylərinin 98,5%-i müsbətdir. Reytinqdə ikinci yeri 98% müsbət rəy ilə BƏƏ-nin Şarja şəhəri tutub. İlk üçlüyü isə Sinqapur şəhəri 97,9% göstərici ilə tamamlayır.

İlk onluğa həmçinin Varşava (Polşa), Doha (Qətər), Ər-Riyad (Səudiyyə Ərəbistanı), Praqa (Çexiya), Məskət (Oman), Dubay (BƏƏ) və Fukuoka (Yaponiya) daxildirlər.