Pressa.az » Dünya » Pakistan İrəvanda səfirlik açacaq

Pakistan İrəvanda səfirlik açacaq

03 dekabr 2025, Çərşənbə, 17:00
Pakistan İrəvanda səfirlik açacaq

“Gələn il Ermənistanda Pakistan Səfirliyinin açılması planlaşdırılıb”.

Liderxeber.az xəbər verir ki, bu barədə “News.am” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda iki ölkənin diplomatik nümayəndələri bununla bağlı fəal iş aparırlar.

Ermənistan Xarici İşlər Nazirliyi isə agentliyin sorğusuna rəsmi cavabında məlumatı təkzib etməyib: “Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünikeni imzalamaqla iki ölkə hökumətləri diplomatik nümayəndəliklərin mübadiləsinə və bir-birinə zəruri yardım göstərməyə razılaşıblar. Bu kontekstdə ictimaiyyət hadisələrin gələcək inkişafı haqqında lazımi qaydada məlumatlandırılacaq”.

Xatırladaq ki, bu il avqustun 31-i Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar.