Türkiyədə tanınmış televiziya aparıcıları saxlanıldılar
Türkiyədə tanınmış televiziya aparıcıları Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu jandarma qrupları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıblar.
Bu barədə Liderxeber.az "Sabah" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, teleaparıcılar İstanbulda həyata keçirilən narkotik əməliyyatı çərçivəsində nəzarət altına alınıblar.
İstintaqın detalları ilə bağlı hələlik açıqlama verilmir. Əməliyyat çərçivəsində digər tanınmış simaların da saxlanıldığı qeyd edilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
05 avqust 2024, Bazar ertəsi
Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib
