Yaponiya güclü zəlzələdən sonra yerini dəyişdi
Dünən baş verən güclü zəlzələ nəticəsində Yaponiya şərqə doğru sürüşüb.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətin episentr zonasının yaxınlığında yer qabığının təxminən doqquz santimetr sürüşməsi qeydə alınıb.
Xatırladaq ki, ötən gün Yaponiyanın Şimali Aomori prefekturasında güclü zəlzələ qeydə alınıb. Əvvəlcə yeraltı təkanlar 7,2 bal gücündə qiymətləndirilsə də, sonradan 7,6 bal gücündə olduğu təsdiqlənib.
Zəlzələ nəticəsində 39 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində hündürlüyü 70 santimetr olan sunami dalğaları müşahidə olunub.


Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
