Gürcüstanda ali təhsilin müddəti azaldılır - Qanun qəbul edildi
Gürcüstan Parlamenti “Ali təhsil haqda” qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Liderxeber.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib.
Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan vətəndaşının akademik ali təhsilin I və II pillələrində təhsilini dövlət tam maliyyələşdirəcək.
Digər tərəfdən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində akademik ali təhsilin I və II pillələrində başqa şəxslərin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası və şərtlərini Gürcüstan hökuməti müəyyən edəcək.
Bununla yanaşı, universitet sistemində 3+1 sistemi tətbiq ediləcək, üç il bakalavriat, bir il isə magistraturaya həsr olunacaq.
Bundan əlavə, 2028-ci ilin yanvarın 1-nə qədər onlayn universitet konsepsiyası/modeli və standartı işlənib hazırlanmalıdır.
