Pressa.az » Dünya » Ukrayna Xəzərdə 2 gəmini vurdu

Ukrayna Xəzərdə 2 gəmini vurdu

12 dekabr 2025, Cümə, 15:32
Ukrayna Xəzərdə 2 gəmini vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər dənizində hərbi texnika və silah daşıyan iki gəmisinə zərbə endirib. 

Liderxeber.az UNİAN-a istinadən xəbər verir ki, hücuma məruz qalmış gəmilər “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmiləridir. 

Hərbi məqsədlər üçün istifadə olunan bu gəmilərin Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında iştirakına görə ABŞ-nin sanksiyalar siyahısına daxil edildiyi bildirilir. 

Xatırladaq ki, ötən gün Ukrayna ilk dəfə Rusiyanın Xəzər dənizindəki neft infrastrukturuna zərbə endirib. Filanovski adına neft hasilat platformasına dronlarla hücum nəticəsində 20-dən çox quyuda neft və qaz hasilatının dayandığı bildirilib.