Pressa.az » Dünya » Bricit Makron qalmaqaldan sonra üzr istədi

Bricit Makron qalmaqaldan sonra üzr istədi

16 dekabr 2025, Çərşənbə axşamı, 16:41
Bricit Makron qalmaqaldan sonra üzr istədi

Fransanın birinci ledisi Bricit Makron komediya ustası Ari Abittanın çıxışına mane olan qadın hərəkatı üzvlərinin ünvanına dediyi sözlərə görə üzr istəyib.

Liderxeber.az xəbər verir ki, bu barədə "Brut" nəşri məlumat yayıb.

Qeyd edək ki, Ari Abittanın adı daha əvvəl zorlama ilə bağlı cinayət işində keçib. Üç il davam edən araşdırmalardan sonra iş bağlanıb. Amma zorlama əleyhinə çıxış edən fəallar Abittanın konsertlərinə mane olmağa çalışırlar.

Birinci ledi komikin müdafiəsinə qalxıb, B.Makron onları "rəzillər" və "iyrənc həyasızlar" adlandırıb.

Bu sözlər qalmaqala səbəb olub.

Sonradan B.Makron zorakılıqdan əziyyət çəkmiş qadınların bundan inciyə biləcəklərini nəzərə alaraq, üzr istədiyini bildirib.