Pressa.az » Dünya » “Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik”

“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik”

17 dekabr 2025, Çərşənbə, 11:35
“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik”

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

Liderxeber.az xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: “Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.