Gündə bir, və ya iki dəfə qida qəbulunun fəsadları
"Gündə üç dəfə qida qəbulundan imtina etmək maddələr mübadiləsini poza bilər".
Liderxeber.az xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Viktoriya Qonçar Gazeta.ru-ya açıqlamasında bildirib.
Həkimin fikrincə, qida qəbulu arasında məsafə, yuxu saatlarını saymasaq, 3-5 saat təşkil etməlidir.
"Belə intervallar qanda qlükozanın stabil səviyyəsini saxlamağa və aclıq hissini tənzimləməyə imkan verir. Daha uzun məsafə çox yemək riskini artırır. Üstəlik, burada psixoloji amil də mövcuddur. Adama elə gəlir ki, səhər və ya günorta yeməyini yeməyibsə, daha çox yeməyə haqqı var", - doktor deyib.
Xüsusən də az və kiçik porsiyalarla yeyən adamlar eyni zamanda qidalandırıcı maddələrin çatışmazlığı ilə üzləşə bilərlər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
