Pressa.az » Dünya » Edinburqda təyyarə yanacaq maşını ilə toqquşdu - Fotolar

Edinburqda təyyarə yanacaq maşını ilə toqquşdu - Fotolar

23 dekabr 2025, Çərşənbə axşamı, 09:27
Edinburqda təyyarə yanacaq maşını ilə toqquşdu - Fotolar

Edinburq Hava Limanında “Ryanair”ə məxsus təyyarə yanacaq daşıyan maşınla toqquşub.

Liderxeber.az xəbər verir ki, hadisə zamanı sərnişinlər təyyarədən təhlükəsiz şəkildə təxliyə olunub.

Təyyarə Portuqaliyanın Faro şəhərinə uçmağa hazırlaşırmış. Toqquşma uçuşa hazırlıq mərhələsində baş verib. Hadisədən sonra hava limanına yanğınsöndürmə briqadaları çağırılıb və bir yanacaq nasosu ehtiyat rejimində saxlanılır.

“Ryanair”in sözçüsü bildirib ki, dekabrın 22-də Edinburq-Faro reysi üçün hazırlıq zamanı təyyarənin qanad ucu yanacaq maşınının kabinəsi ilə təmas edib. Hadisə ilə bağlı araşdırma aparılır.