Çində ən yüksək su elektrik stansiyasının ilk turbinləri işə salındı
Çində "Yebatan" su elektrik stansiyasının birinci mərhələsi rəsmi olaraq elektrik enerjisi istehsalına başlayıb.
Liderxeber.az "IThome" nəşrinə istinadən xəbər verir ki, bu obyekt ölkədə tağşəkilli bəndə malikdir və inşa olunan ən yüksək dağlıq su elektrik stansiyasıdır.
Stansiyanın ümumi quraşdırılmış gücü 2.24 milyon kilovat təşkil edəcək. Hazırda isə ümumi gücü 1.02 milyon kilovat olan ilk iki turbin istismara verilib. Stansiyanın bəndinin hündürlüyü 217 metrə çatır.
Tikinti son dərəcə çətin şəraitdə aparılır: dəniz səviyyəsindən yüksəkdə, soyuq iqlimdə və dağlıq ərazidə. Buna baxmayaraq, mühəndislər cəmi bir ay ərzində iki turbinin işə salınmasına nail olublar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
