Trampın növbəti hədəfi bu ölkə oldu
ABŞ Prezidenti Donald Trampın Latın Amerikası ölkələrinə qarşı sərt ritorikası çərçivəsində budəfəki hədəfi Kuba olub.
Liderxeber.az-ın xəbərinə görə, “The Hugh Hewitt Show” proqramına qatılan Donald Tramp Kubadakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
ABŞ Prezidenti Kubanın Venesueladan asılı vəziyyətdə olduğunu bildirib:
“Onların bütün can damarı Venesuela idi. Nefti də, pulu da Venesueladan alırdılar. İndi isə ipdən asılıdırlar”.
Tramp Kubaya təzyiq göstərmək üçün seçimlərin məhdud olduğunu vurğulayıb:
“Məncə, ora girib hər şeyi alt-üst etməkdən başqa, bundan daha artıq təzyiq tətbiq etmək çətindir”.
ABŞ lideri Kubanın çox ciddi böhran içində olduğunu dilə gətirib:
“Hələ tam çöküblər demək olmaz, amma öz daxili dinamikaları ilə bu nöqtəyə xeyli yaxınlaşdıqlarını düşünürəm”.
