Pressa.az » Dünya » Ağ Ev Rusiyaya çağırış edib

Ağ Ev Rusiyaya çağırış edib

18 iyul 2023, Çərşənbə axşamı, 01:44
Ağ Ev Rusiyaya çağırış edib

ABŞ Rusiyanı Qara dəniz "Taxıl sazişi"ni ləğv etmək qərarına yenidən baxmağa çağırıb.

LiderXəbər xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodgenin məlumat verib.

“Biz Rusiya hökumətini qərarını dərhal yenidən nəzərdən keçirməyə çağırırıq. Moskvanın qərarı ərzaq təhlükəsizliyini pisləşdirəcək və milyonlarla insana zərər verəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Qara dəniz razılaşmalarının faktiki olaraq qüvvədən düşdüyünü bildirib.