İranın yük gəmisi Xəzər dənizində qəzaya uğradı
Türkmənistan Sahil Xidmətləri Xəzər dənizində qəzaya uğrayan İrana məxsus "Rona" yük gəmisindən 14 nəfəri xilas edib.
Liderxeber.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"14 yanvar 2026-cı il tarixində Xəzər dənizindəki Türkmənistanın Sahil Xidmətləri qəzaya uğrayan İranın "Rona" quru yük gəmisindən S.O.S siqnalı alıb. Beynəlxalq dənizçilik qaydalarına uyğun olaraq, Türkmənistanın fövqəladə hallara cavabdeh olan dövlət qurumları bütün zəruri xilasetmə tədbirlərini görüb. Vaxtında görülən bu tədbirlər nəticəsində gəmidə olan 14 nəfərin hamısı xilas edilib", - deyə xəbərdə bildirilib.
Oxşar Xəbərlər:
24 oktyabr 2024, Cümə axşamı
DSX-nin Sahil Mühafizə gəmiləri açıq dənizdə manevrlər edərək müxtəlif tapşırıqlar icra ediblər - MEDİATUR
