Pressa.az » Dünya » Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı

Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı

16 yanvar 2026, Cümə, 16:06
Filippindəki sürüşmə nəticəsində ölənlərin sayı artdı

Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində zibil poliqonunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 27-yə çatıb.

Liderxeber.az-ın xəbərinə görə, bu barədə "ABS-CBN News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Qeyd edilir ki, doqquz nəfər hələ də itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatları davam edir, baxmayaraq ki, yağışlar fövqəladə xidmətlərin işini çətinləşdirir.

Bildirək ki, daha əvvəl qurbanların sayı 19 nəfər təşkil edib.

Xatırladaq ki, Sebu zibil poliqonunda sürüşmə yanvarın 8-də baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ tapılıb və daha sonra onlar xəstəxanaya yerləşdiriliblər.

Sebu şəhər şurası qurbanların xatirəsinə matəm günü elan edib.