Pressa.az » Dünya » Tramp ABŞ qüvvələrinin İrana yaxınlaşdığını bəyan etdi

Tramp ABŞ qüvvələrinin İrana yaxınlaşdığını bəyan etdi

28 yanvar 2026, Çərşənbə, 10:06
Tramp ABŞ qüvvələrinin İrana yaxınlaşdığını bəyan etdi

ABŞ Prezidenti Donald Tramp ölkəsinin silahlı qüvvələrinin İrana yaxınlaşdığını bəyan edib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Ayova ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Tramp qeyd edib ki, ABŞ 2025-ci ilin iyun ayında İranın nüvə imkanlarını məhv edib.

"Daha bir ay da vaxt itirsək, İran nüvə silahlarına sahib olacaqdı. Biz məcbur İranın nüvə obyektlərinə zərbələr endirdik. Hazırda daha böyük qüvvələrimiz İrana doğru irəliləyirlər. Ümid edirəm ki, Tehran bizimlə razılığa gələcək", - deyə ABŞ prezidenti bildirib.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.