Pressa.az » Dünya » ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 fevral 2026, Bazar ertəsi, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə danışıqlarının bərpası haqqında göstəriş verib.

Liderxeber.az-ın məlumatına görə, artıq İran mətbuatında danışıqların vaxtı və məkanı barədə xəbərlər yayılıb. 

Bildirilir ki, görüşün yaxın günlərdə Türkiyədə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl danışıqların İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində keçiriləcəyi barədə məlumat yayılmışdı.