Epşteynin əsas varisi o imiş - 630 milyon dollarlıq sərvət
Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurduğuna görə həbs olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn vəsiyyətnaməsini ölümündən iki gün əvvəl imzalayıbmış.
Liderxeber.az xəbər verir ki, “1953-cü il Trastı” adlanan sənəd 630 milyon dollarlıq sərvətin 43 nəfər arasında bölüşdürülməsini nəzərdə tutur.
ABŞ Ədliyyə Departamentinin açıqladığı sənədlərdən məlum olur ki, Epşteyn mirasının böyük hissəsini sonuncu partnyoruna, hazırda 35 yaşı olan belaruslu Karina Şulyaka vəsiyyət edib. O, maliyyə sənədinə əlavə edilmiş əlyazma qeydində qalmaqallı maliyyəçi Karina Şulyakla evlənmək niyyətini ifadə edib. Belə ki, Epşteyn partnyoruna 32,73 karat çəkisi olan və dəyəri bir neçə milyon dollar qiymətləndirilən brilyant üzüklə evlilik təklifi edibmiş.
Epşteynlə təxminən 10 il ərzində münasibətdə olmuş Şulyak həm də ölümündən bir gün əvvəl onunla telefonla danışan sonuncu şəxs hesab olunur.
Vəsiyyətnaməyə əsasən, C.Epşteynin ölümündən sonra K.Şulyak yarısını dərhal, digər yarısı isə illik müavinət şəklində olmaqla, 100 milyon dollar almalı idi. Maliyyəçinin bütün daşınmaz əmlakı belaruslu xanıma keçməli idi:
- Manhettendə malikanə;
- Parisdə mənzil;
- Nyu-Meksikoda ranço;
- ABŞ-nin Vircin adalarında yerləşən və “Pedofil adası” kimi tanınan “Kiçik Müqəddəs Ceyms” və “Böyük Müqəddəs Ceyms” adaları.
.jpg)
Nişan üzüyündən əlavə, ona həmçinin 48 ədəd brilyant və xərclərini qarşılamaq üçün xüsusi fond ayrılmışdı.
“1953-cü il Trastı”nın digər iki mühüm benefisiarı Ceffri Epşteynin şəxsi vəkili Darren İndik və mühasibi Riçard Kandır. Sənədə əsasən İndikə 50 milyon, Kana isə 25 milyon dollar çatacaqdı. Maliyyəçi bu şəxsləri vəsiyyətnaməsinin icraçıları və əmlakının idarəediciləri təyin etmişdi.
Epşteynin uşaq istismarı şəbəkəsində əsas fiqur olan Gisleyn Maksvell də vəsiyyətnamədə özünə yer etməyi bacarmışdı. On il ərzində yetkinlik yaşına çatmayan qızların istismarı şəbəkəsindəki “rolu”na görə 240 ay həbs cəzasına məhkum etmiş Maksvel 10 milyon dollar almalı idi.
Fotoda Ceffri Epşteyn və Gisleyn Maksvell
.jpg)
Siyahıda həmçinin Epşteynin əməkdaşları, qulluqçuları, şəxsi pilotları, eləcə də bir neçə alim yer alıb.
Yeddi benefisiarın adı isə açıqlanmır, onlara 3-10 milyon dollara qədər ayrılmışdı. Sənədə əsasən, vəsaitlər Epşteynin ölümündən azı iki il sonra ödənilməli idi.
Bununla belə, hazırda benefisiarlardan hər hansı birinin bu mirasdan bir dollar belə alması çətin görünür, çünki Epşteynin hesablarına həbs qoyulub, onlardakı vəsaitlər isə, çox güman ki, yalnız “Epşteyn işi” ilə əlaqəli cinayətlərin qurbanlarına kompensasiya məqsədilə istifadə ediləcək.


