Pressa.az » Dünya » ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

28 yanvar 2023, Şənbə, 08:55
ÜST: “Ötən həftə COVID-19-dan 40 minə yaxın insan ölüb”

“Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 ilə əlaqəli təxminən 40 min ölüm halı barədə məlumat daxil olub”.

LiderXəbər xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O, qeyd edib ki, ölüm hallarından yarıdan çoxu Çində qeydə alınıb.

ÜST-ün COVID-19 ilə əlaqədar fövqəladə hallar komitəsinin iclasında çıxış edən baş direktor Çində məhdudiyyətlərin aradan qaldırılmasının ölüm hallarının artmasına səbəb olduğunu qeyd edib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.